Paytaxt salatı resepti

Paytaxt salatı resepti
Salatlar
10.09.2017 23
Tərkibi:

Kartof-6 əd,

yerkökü-2 əd,

yumurta-6 əd,

duzlu xiyar-5 əd,

mal əti-400 q (əzələ hissəsi və yaxud bir toyuğun döş və bud əti),

göy noxud-1 banka,

şüyüd-100 q,

göy soğan-200 q,

cəfəri-100 q,

mayonez-1 banka

xama-1 banka



Hazırlanması:

Kartof, yerkökü, mal əti və yumurta bişirilir. Kartof və yerkökünün qabığı təmizlənir. Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır. Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur.duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın. Əks halda salat su salar. Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur. Mayonez və ya xamaya bitki yağı əlavə edilir, qarışdırılır.



Salatı süfrəyə verən zaman ona Mayonez və ya xamaya Final bitki yağı qarışığı qatılıb qarışdırılır. Salat qabına təpəcik şəklində yığılmış salatın üstünə bir qaşıq xama yaxud mayonez tökülüb biraz yumurta sarısı ovuntusu səpilir. Fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!