Avokado, çuğundur və kök salatı resepti

Avokado, çuğundur və kök salatı resepti
Salatlar
10.09.2017 12
Tərkibi:

2 ədəd kök

2 ədəd çuğundur

1 ədəd avokado

2 dəstə keşniş



sous üçün:

1 ədəd apelsin şirəsi (yumşaq hissələri ilə)

1 ədəd laym qabığı

2 x/q bitki yağı

1 x/q ətirli sirkə

1/4 ç/q üyüdülmüş zirə

zövqə görə duz və istiot



Hazırlanması:

Çuğundur və kök bir qazan suda qaynadılır (nəticədə kök rəngini dəyişəcək, zövqə görə ayrı-ayrılıqda da qaynada bilərsiniz). Kök və çuğundur doğranılır; kök uzunsov formada, çuğundur isə dilimlərlə.

Çuğundur və kök qaynayan müddətdə sous hazırlamaq olar. Bunun üçün sousa lazım olan bütün komponentlər bir boşqabda yaxşı qarışdırılır. Keşniş yarpaqları əlavə edilir və yenidən qarışdırılır.

Doğranmış kök və çuğundur isti-isti sousla qarışdırılır. Üzərinə dörd yerə kəsilmiş avokado qoyulur və üstdən bir qədər sous axıdılır.

Beləliklə avokado, kök və çuğundurdan ibarət maraqlı salat hazırdır. Süfrəyə verərkən üzərinə həmçinin bir qədər keşniş də əlavə etmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!