Krevetkalı salat resepti

Krevetkalı salat resepti
Salatlar
10.09.2017 6
Tərkibi:

300 qr krevetka (dondurulmuş)

kahı

10-15 ədəd xırda pomidor

2 diş sarımsaq

1 ədəd acı bibər

4 x/q zeytun yağı

parmesan pendiri

ətirli sirkə

duz

qara istiot



Hazırlanması:

Bir dəqiqəlik krevetkalar qaynayan suya əlavə edilir. Süzgəcə əlavə edilərək suyu süzülür. Zövqə görə krevetkalar quyruqdan təmizlənir.

Zeytun yağı qızdırılır. Sarımsaqlar yarı kəsilir, bibər həmçinin yarı kəsilir, tumlardan təmizlənir. Və zeytun yağında qızardılır.

Sarımsaqlar rəngini dəyişən kimi, bibər və sarımsaqlar çıxarılıb atılır. Beləliklə yağ ətirli və acılı alınır. Tavaya krevetkalar əlavə edilir və 2 dəqiqə qızardılır. Zövqə görə istiot vurulur.

Boşqaba kahı və doğranmış pomidorlar əlavə edilir. Üzərinə krevetkalar düzülür.

Yaxşı qarışdırılır və zövqə görə duz vurulur. Bir qədər ətirli sirkə səpilir. Parmesan pendiri səpilir. Salat hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!