Portağal salatı resepti

Portağal salatı resepti
Salatlar
10.09.2017 10
Tərkibi:

kahı

3 ədəd portağal

1 ədəd baş soğan

zövqə görə küncüt



içlik üçün:

50 qr təbii yoqurt

1 ç/q xardal

1 diş sarımsaq

1 x/q zeytun yağı

1 x/q limon şirəsi



Hazırlanması:

Həmişəki kimi ilk olaraq içlik hazırlanır. Bunun üçün yoqurt, xardal, zeytun yağı, limon şirəsi və əzilmiş sarımsaq qarışdırılır.

Duz və istiot vurularaq bir kənarda saxlanılır.

Portağal qabığından təmizlənir və dilimlərə doğranılır. Sonra dilimlər ortadan kəsilərək boşqaba yığılır.

Kahı yuyulur və mətbəx salfeti ilə qurudulur.

Boşqabın dibinə kahı yarpaqları əlavə edilir, üzərinə isə portağallar.

Soğan xırda doğranılır və portağalın üstünə əlavə edilir.

Salata hazırladığımız içlik əlavə edilir.

Ehtiyyatla qarışdırılır və süfrəyə verilir. Süfrəyə verərkən zövqə görə salatın üzərinə küncüt də əlavə etmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!