«Yeni il şamları» salatı [ Nuş olsun ]

«Yeni il şamları» salatı   [ Nuş olsun ]
Salatlar
10.09.2017 22
 

«Yeni il şamları» salatı



İstifadə olunan məmulatlar:








Toyuq əti ( file) - 300 qr

Təzə xiyar - 2 ədəd

Bərk pendir -100 qr

Bolqar bibəri - 1 ədəd

Salatlıq yarpaqlar

Tumsuz zeytun - 100 qr

Qoz ləpəsi - 50 qr

Badam - 50qrг

Mayonez - 100 qr

Xama - 100 qr

Xardal - 1 xörək qaşığı



Hazırlanması:



Toyuq ətini qaynadıb bişirin və soyutduqdan sonra lifleri boyunca ayırın.

Hazır toyuğu dərin boşqaba yerləşdirin.

Pendiri nazik dilimlərlə doğrayın.

Xiyarın qabığını təmizləyib nazik dilimlərlə doğrayın.

Bolqar bibərini və zeytunu da nazik dilimlərlə doğrayın.

Qoz ləpəsini mümkün qədər xırda – xırda doğrayın.

Salatlıq yarpaqları iri – iri doğrayın.

Kütləni qarışdırmaq üçün xama, mayonez və xardal qarişığı hazırlayın.Bu üç komponenti bir birinə elə qarışdırın ki. Düyün alınmasın və kütlənin rəngi krem rengində olsun.



Salatın bütün tərkib hissələrini dərin boşqabda bir birinə qarışdırın.

Qarışdırmaq üşün ayrıca hazırladığınız kütlənin ( xama, mayonez və xardal) 2/3 hissəsini salata əlavə edib yenidən qarışdırın.

Əmələ gələn kütləni dayaz boşqaba dairə formasında yerləşdirin.

Qarışdırmaq üşün ayrıca hazırladığınız kütlənin ( xama, mayonez və xardal) qalan hissəsini salatın üzərinə əlavə edib səthini hamarlayın.

Salatı bəzəmək üçün bərk pendiri uzun dördbucaqlı şəklində kəsin və salatliq yarpaqlardan nisbətən kiçiklərini uzunsov doğrayın.Pendiri salatın ortasına yerləşdirin , salatliq yarpaqlarla salatın ətraflarıni bəzəyin.

Qırmızı bolqar bibərindəb isə alov və bant kəsib düzəldin və salatı şəkildəki kimi bəzəyin.Salatin ətraflarıni qoz ləpəsi və zeytunla bəzəyin.Beləliklə yeni il salatı hazırdır – Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!