Hisə verilmiş toyuq budlu salat resepti

Hisə verilmiş toyuq budlu salat resepti
Salatlar
10.09.2017 21
Tərkibi:

Hisə verilmiş toyuq budu 1 ədəd

Xiyar -1 ədəd

Yaşıl soğan- 5 ədəd

Yumurta -4 ədəd

Göbələk -200 q

duru yağı (günəbaxan) -4 y.q

Duz -(zövqə görə)

Mayonez -300 ml



Hazırlanması:

Hisə verilmiş toyuq budunu sümüklərindən ayırıb kub şəklində doğrayın. İstəyə görə dərisini də doğraya bilərsiniz.

Xiyarı, yumurtanı, göbələk və göy soğanı xırda-xırda doğrayın.

Göbələkləri yağda qızardın.

Salatı hazırlayacağımız qaba sallofan qoyub üzərinə mayanez çəkin.

İlk olaraq doğradığınız yumurtaları düzün.

Üzərinə mayonez çəkib doğranılmış xiyarları əlavə edin.

Yenidən üzərinə mayanez çəkin.

Göyərtiləri üzərinə sərpin.

Qızardılmış göbəliyi üzərinə əlavə edin.

Ən sonda isə hisə verilmiş toyuq budunu əlavə edin.

Üzərini mayanezləyib qabı tərsinə çevirin.

Zövqə görə bəzəyə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!