Qırmızı papaq salat resepti

Qırmızı papaq salat resepti
Salatlar
10.09.2017 9
Hər ev sahibəsi qeyri-adi bacarığı, fantaziyası ilə qonaqları təəccübləndirmək istəyir. Əgər sizin də niyyətiniz budursa,  "Qırmızı papaq" salatını hazırlayın.



Tərkibi:

Baş soğan

Toyuq filesi və ya hisə verilmiş toyuq

Qaynadılmış kartof

Qoz ləpəsi

Qaynadılmış kök

Bişmiş yumurta

Bərk pendir

Bəzək üçün nar dənəsi



Hazırlanması:

Salatı laylarla yığmaq lazımdır və  hər laya mayonez çəkilməlidir.

Soğanı kubik və ya həlqə formasında doğrayın və acılığını aradan qaldırmaq üçün qaynar suya tökün.

Kartofu kubik formasında doğrayın.

Toyuq ətini xırdalayın.

Qoz ləpəsini blenderdə xırdalayın.

Kökü kubik formasında doğrayın.

Yumurtanı sürtgəcin gözündən keçirin.

Pendiri də sürtgəcdən keçirin.

Salatın üzərinə nar dənəcikləri səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!