Qatıqlı-qozlu çuğundur salatı resepti

Qatıqlı-qozlu çuğundur salatı resepti
Salatlar
10.09.2017 10
Tərkibi:

3 orta ölçülü çuğundur (orqanik olsa daha yaxşı olar, həm dadı, həm də rəngi daha yaxşıdır, həm də daha sağlamdır)

2 stəkan, yaxud zövqə görə qatıq (qatığı evdə çalın, bu asandır!)

2 diş sarımsaq, sarımsaqəzəndən keçirilmiş

Bir balaca ovuc qoz ləpəsi, doğranmış (qozu salatda necə xoşlamağınızdan asılı olaraq onu incə, yaxud iri-iri doğraya bilərsiniz. Amma çox narın doğramayın, çünki salatın içində bir az xırçıldamalıdır)

Duz

Üyüdülmüş qara istiot



Hazırlanması:

Çuğundurun yaşıl hissələri varsa onları kəsib götürün (onları atmayın, başqa ehtiyaclar üçün saxlayın. Məsələn, şorbalara əlavə edə, yaxud soğanlı stir-fry-lara (asiyasayağı qovurma) əlavə edə bilərsiniz). Zoğları kəsin, amma çuğundurun mətini zədələməyin, yoxsa bişəndə suyu axar. Çuğundurları yuyun.

Çuğundurların hamısının yerləşəcəyi orta ölüçülü bir qazan götürüb onları qazana yerləşdirin. Qazanı çuğundurların üstü örtüləcək qədər suyla doldurun. Qaynayandan sonra çuğundurlar yumşalana qədər, təxminən 40 dəqiqə orta alovda bişirməyə davam edin. Bıçağın ucunu çuğundura batırmaqla hazır olub-olmadığını yoxlayın. Əgər bıçaq rahat batırsa deməli hazırdır. Süzüb soyumaq üçün kənara qoyun. .

Kifayət qədər soyuyandan sonra çuğundurları soyub rəndənin iri gözündən keçirin. Orta ölçülü dərin qaba qoyun. Qatıq, sarımsaq və qoz əlavə edin. Duz və istiot vurun. Qaşıqla yaxşıca qarışdırın. Süfrəyə veməzdən əvvəl azı iki saat soyudub dadların yaxşıca qarışmasına imkan verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!