Marinara salatı resepti

Marinara salatı resepti
Salatlar
10.09.2017 47
Tərkibi:

1 toyuğun döş əti

3 yumurta

100 q bərk pendir

2 pomidor

mayonez

1 baş soğan (ağ)



Hazırlanması:

Soğanı iki saat əvvəldən marinə etmək lazımdır. Bunun üçün onu nazik halqalara doğrayın, üzərinə yarım limonun şirəsini gəzdirin, duz, istiot vurun.

Pendiri sürtgəcin iri gözündən keçirin (Salatın dadı əsasən pendirin növündən asılıdır, ona görə də sevdiyiniz pendiri seçin). Toyuq ətini suda bişirib soyudun, xırda kubik doğrayın. Bişmiş yumurtanı sürtgəcin iri gözündən keçirin.

Pomidoru xırda kubik doğrayın, duz-istiot vurun.

Salatı lay-lay döşəyin: toyuq + mayonez + soğan + yumurta + mayonez + pendir + mayonez + pomidor.

Salatı süfrəyə verməzdən ən azı 2 saat əvvəl hazırlayın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!