Göbələkli şuba salatı resepti

Göbələkli şuba salatı resepti
Salatlar
10.09.2017 8
Tərkibi:

Göbələk- 300 q

Soğan iri -1 ədəd

Toyuq filesi -200 q

Kök -2 ədəd

Xiyar -2 ədəd

Şüyüd

Duz-istiot



Hazırlanması:

Soğanı xırda-xırda doğrayıb yumşalana qədər yağda bişiririk. Sonra üzərinə əvvəlcədən pörtlənmiş göbələyi əlavə edirik. Və birlikdə bişiririk. Salatımızı hazırlayacağımız qaba mayonez çəkib üzərinə göbələyi əlavə edirik.

Göbələyin üzərinə mayonez çəkirik.

Sonra didilmiş toyuq ətini əlavə edib üzərinə mayonez çəkirik. Duz-istiot zövqə görə səpirik.

Sonra kök sürtkəcdən keçirib üzərinə əlavə edilir.

Və xiyar da eyni qayda ilə əlavə olunur.

Üzərini yenidən mayonezləyib səliqəyə salırıq. Sonda üzərinə bəzək kimi şüyüd doğrayıb səpmək olar. Və ya fantaziyanızı gücləndirib daha gözəl bəzək vura bilərsiniz.

Salatımız hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!