Ağ gül, qırmızı gül, bir də sarı gül salatı resepti

Ağ gül, qırmızı gül, bir də sarı gül salatı resepti
Salatlar
10.09.2017 61
Tərkibi:

Çuğundur

Yerkökü

Kartof

Yumurtanın ağı

Qoz

1/2 ədəd sarımsaq

Mayanez

Xama

Duz, istiot



Hazırlanması:

Çuğundur, yerkökü, kartof, yumurta qaynadılır (bizə yumurtanın ancaq ağı lazım olacaq). Qozu blenderin köməyi ilə xırdalayırıq.

Soyumuş çuğunduru sürtgəcin xırda gözündən keçiririk. Üzərinə yarım diş əzilmiş sarımsaq əlavə edirik.

Qoz, mayanez, xama əlavə edirik.

Duz, istiot əlavə edib qarışdırıb kənara qoyuruq.

Sonra yerkökünü də bu qaydada hazırlayırıq, amma bura sarımsaq əlavə olunmur.

Yumurtanın ağı və kartof da bu qaydada hazırlanır, yenə də sarımsaqsız.

Hazır salatı zövqə görə təqdim edirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!