İspanaqlı rulon salatı resepti

İspanaqlı rulon salatı resepti
Salatlar
10.09.2017 13
Tərkibi:

yarım kq ispanaq,

3 yumurta,

2 şorba qaşığı duru yağ,

1 ədəd quru soğan,

1 şorba qaşığı un, duz,

istiot,



İçi üçün:

yarım kq süzmə qatıq,

1-2 diş sarımsaq,



Hazırlanması:

İspanaqları təmizləyib yuyun.

Suyunu süzüb bişirin.

Blenderdən keçirdin.

Bir qabın içərisinə alın, yumurtanın sarısını, duz, istiot vurun.

Eyni zamanda bir tavada incə doğranmış soğsanı duru yağda qovurun.

Soğan soyuduqdan sonra hazır qarışığı da içərisinə qataran möhkəm çırpın.

Ən sonda un əlavə edərək qarışdırın.

Ayrı bir qabda yumurta ağını mikserin köməyi ilə qar halına gələnə qədər çırpın.

Bunu da ispanaq qarışığına əlavə edərək yavaş-yavaş qarışdırın.

Yağlı kağız sərilmiş gırın tabağına tökərək üzərini hamarlayın.

180 dərəcəyə qədər qızdırılmış fırında 20-25 dəqiqə bişirin.

Fırından çıxartdıqdan sonra 1-2 dəqiqə dincə qoyun, sonra isə yağlı kağızla birlikdə rulon halında bükün.

Rulon dincə qoyulan zaman sarımsaqları əzərək qatığa qatın.

Rulonu açın və üzərinə sarımsaqlı qatıq sürtərək yenidən rulon halına gətirin.

Ancaq kağızdan ayırıb rulon bükün.

Rulonun üzərini sarımsaqlı qatıqla örtün.

Soyudub dilimləyərək servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!