Xaş-xaşlı salat resepti

Xaş-xaşlı salat resepti
Salatlar
10.09.2017 9
Tərkibi:

xaş-xaşlı sous üçün:


1 st. yağsız qatıq

1/4 st. alma sirkəsi

1/4 fincan bal

3 x.q. xaş-xaş

1,5 ç.q. duz

1 x.q. qara istiot



salat:

1 orta boy ağ kələm

3 orta boy yerkökü

2 alma

5 göy soğan

2 x.q. doğranmış cəfəri

1/2 limonun şirəsi



Hazırlanması:

Xaş-xaşlı sous üçün verilən ərzağı qarışdırın, dadını yoxlayın, bir qədər də şirin olmasını istəyirsinizsə, balı 1/3 fincan götürün. Sonra soyuducuya qoyun.

Yerkökünü təmizləyib nazik doğrayın. Almaların cecəyini çıxarıb dilimləyin, üzərinə limon şirəsi səpin ki, qaralmasın.

Soğanı, cəfərini, kələmi xırda doğrayın.

Kələmi alma, yerkökü, göy soğan, cəfəri ilə qarışdırın.

Xaş-xaşlı sousu əlavə edib qarışdırın.

Süfrəyə verməzdən əvvəl 45 dəqiqə - 1 saat soyuducuda saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!