Rulet formasında şuba salatı resepti

Rulet formasında şuba salatı resepti
Salatlar
10.09.2017 45
Tərkibi:

Çuğundur - 4 ədəd

Kök - 4 ədəd

Kartof - 2-3 ədəd

Yumurta - 2 ədəd

Siyənək balığı - 1 ədəd orta ölçüdə

Baş soğan - 1 ədəd

Mayonez - 100 qram

Duz



Hazırlanması:

Bütün tərəvəzləri və yumurtanı qaynadın, soyudun, qabıqlarını təmizləyin. Siyənəyin xırda sümüklərini təmizləyin və xırda kubik şəklində doğrayın. Baş soğanı xırda-xırda doğrayıb siyənəklə qarışdırın. Tərəvəzləri və yumurtanı sürtgəcin xırda gözündən keçirin.

Çuğunduru yemək plyonkasının üzərinə yayın, duz vurun.

Sonra kökü onun üzərinə yayın. Amma kök qatı kök çuğundur təbəqəsindən az olmalıdır. Mayonez vurmağı unutmayın.  Üzərindən kartof, yumurta layını çəkin. Siyənəyi düz ortasına yığın. Şəkildə gördüyünüz formada.

Plyonkanın köməyi ilə salatı rulet formasında bükün.  Ruleti 2-3 saat soyuducuda saxlamaq lazımdır. Süfrəyə verərkən plyonkasını çıxardın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!