Göy pomidor salatı resepti

Göy pomidor salatı resepti
Salatlar
10.09.2017 15
Tərkibi:

3 kq göy pomidor

1 kq yerkökü

1 kq baş soğan

1 kq bolqar bibəri

100 q iri duz

300 q şəkər tozu

400 ml bitki yağı

200 ml sirkə



Hazırlanması:

Tərəvəzi yuyub-təmizləyin. Pomidor, soğan və bibəri halqa doğrayın, yerkökünü sürtgəcdən keçirin, üzərinə duz və şəkər tozu səpib 1 gecə saxlayın. Şirəsi çıxacaq.

Sabahı gün ocağın üstə qoyun, qaynara düşəndə 400 q bitki yağı əlavə edin, 15 dəqiqə qaynayandan sonra götürün, 200 q sirkə əlavə edin.

Sterilizə edilmiş bankalara yığıb bağlayın.

Soyuq yerdə saxlayın. Qışda həm salat, həm də şorbalara əlavə kimi istifadə edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!