Sezar salatı (toyuq ilə) resepti

Sezar salatı (toyuq ilə) resepti
Salatlar
10.09.2017 16
Tərkibi:

- Kahı - 1 dəstə (mümkün qədər soyudulmuş şəkildə)

- Toyuq filesi - 1 ədəd

- Baton (və ya tost çörəyi) - 1 ədəd

- Zeytun yağı - ½ stəkan

- Xardal - 1 qaşıq

- Limon suyu - 1 qaşıq

- Yumurta sarısı - 1 ədəd

- Parmezan pendiri - 25 qr

- 2 diş sarımsaq

- duz, istiot, zövqə görə şəkər tozu



Hazırlanması:

Yuyulmuş və qurudulmuş kahı yarpaqları əllə kiçik hissələrə parçalanır.

Toyuq kiçik parçalar şəklində doğranır və duz-istiot əlavə edilərək bir neçə dəqiqə qaynar günəbaxan yağında qızardılır.

Zeytun yağı yumurta sarısı, limon suyu, doğranmış sarımsaq və sürtgəcdən keçirilmiş parmezan pendiri ilə qarışdırılır. Duz, istiot və zövqə görə biraz şəkər tozu əlavə etmək olar.

Baton çörək kubiklər şəklində doğranır və doğranmış sarımsaqla qızardılır (və ya hazır qızarmış kubiklərə sarımsaq sürtülür).

Kahı yarpaqlarının üzərinə qızardılmış toyuq parçaları qoyulur, üzərinə hazırlanmış sous tökülür və ən son sürtgəcdən keçirilmiş parmezan pendiri səpilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!