Qatıqlı yerkökü salatı resepti

Qatıqlı yerkökü salatı resepti
Salatlar
10.09.2017 22
Tərkibi:

4-5 ədəd yerkökü

2 diş sarımsaq

2 x/q. süzmə qatıq

2 x/q. mayonez

2 x/q. duru yağ

duz



Hazırlanması:

Yerkökü yuyulub təmizlənir, sürtgəçdən keçirilir.Yağsız tavada suyu çəkilənə qədər qarışdıra qarışdıra bişirin. Suyunu çəkdikdən sonra yağını əlavə edib qarışdırın.Yediyin zaman dişdə yerkökünün bir az sərtliyini hiss edəcəksiniz, sanki içinə qoz qatılmışdır.Ama çiy də qalmasın .Bişdiyi rənginin saralmasından başa düşülür. Soyuması için bir kənara qoyun.

Ayrı bir qabda sarımsaqlı qatıq hazırlayın və mayonezi qarışdıraraq soyumuş yerkökünün içinə qataraq

qarışdırın.Üzərini zövqə görə qozla,şüyüdlə bəzəyə bilərsiniz.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!