Düyü salatı resepti

Düyü salatı resepti
Salatlar
10.09.2017 7
Tərkibi:

300 ml. Su;

200 qram düyü;

50 qram yaşıl zeytun;

2 xiyar;

2 pomidor;

1 şirin bibər;

2 x. Yaşıl noxud;(konserv)

2 x. Bitki yağı;

Kiçik limon şirəsi;

Bir çimdik zəfəran;

Duz və istiot zövqə görə.



Hazırlanması:

İlk növbədə düyü qaynadılır, gələcək salatın dadlı olması üçün suya bir çimdik zəfəran əlavə edirik.

Düyü qaynayana kimi, tərəvəzlər doğranır. Xiyar və bibər çox da böyük olmayan tikələrə doğranır.

Zeytun xırda halqalara, pomidor isə kubik şəklində doğranır.

Düyü bişəndən sonra onu soyuq suda yuyuruq və qoyuruq bir qədər qalsın ki suyunun hamısı süzülsün və düyü tam soyusun. Düyü soyuyana kimi sous düzəldirik. Bunun üçün bitki yağı limon şirəsiylə, duz və qara istiotla qarışdırılır. Sonra salat qabında düyü və tərəvəzlər və yaşıl noxud qarışdırılır, üzərinə hazırladığımız sousu əlavə edirik. Veqetariyan düyü salatı hazırdır.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!