Feta pendiri ilə qızardılmış badımcan və pomidor salatı resepti

Feta pendiri ilə qızardılmış badımcan və pomidor salatı resepti
Salatlar
10.09.2017 43
Tərkibi:

badımcan - 2 ədəd

pomidor - 8 ədəd

zeytun yağı - 8 x.q.

feta pendiri - 200 qr.

reyhan - 1 x.q.

xama - 200 ml

üyüdülmüş qırmızı bibər (paprika) - zövqə görə

duz, istiot - zövqə görə



Hazırlanması:

1. Pomidorların qabığını soyun, ortadan bölüb kəsilmiş üzünü üstdə saxlamaqla formaya düzün.

2. Hər birinin üstünə 1 x.q. zeytun yağı töküb sobanın üst hissəsində 200*C temperaturda 1 saat bişirib soyudun.

3. Badımcanları eninə 1 sm qalınlıqda doğrayıb hər iki tərəfini duzlayıb 20 dəqiqə saxlayın.

4. Azca sıxıb kağız salfetlə qurulayın, hər iki üzünə zeytun yağı çəkin.

5. Üzərinə təzə üyüdülmüş istiot səpin. Yağı qızdırıb güclü alovda badımcanların hər iki üzünü qızardın (20 dəqiqə).

6. Zeytun yağını (6 x.q.) reyhan və balzamik sirkə ilə qarışdırın.

7. Badımcan dilimlərini hazır marinada qoyub sərin yerdə saxlayın.

8. Kahının yarpaqlarını 4 boşqabda paylaşdırın, pomidor və badımcanları pərakəndə halda düzün. Hər boşqabın ortasına pendir dilimləri qoyub yerdə qalan marinadı badımcanların üstünə tökün.

9. Süfrəyə verməmişdən qabaq 1 x.q. xama ilə bəzəyib üzərinə paprika səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!