Sakura budağı salatı resepti - FOTO RESEPT

Sakura budağı salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 14
Tərkibi:

500 q toyuq filesi

1 banka (340) doğranmış ananas konservi

1 banka qarğıdalı

4 yumurta

1 baş soğan

50 q pendir

mayonez

2 diş sarımsaq (zövqə görə)

çuğundur şirəsi (bəzək üçün)



Hazırlanması:

Toyuq əti və yumurtaları suda bişirib soyudun.

Öncə bəzəyi hazırlayın. Yumurta ağlarından "çiçək ləçəkləri" kəsin.







Qalanlarını doğrayın.







Toyuq ətini didin, yaxud kubik doğrayın.







Soğanı doğrayın, üzərinə qaynar su töküb bir neçə dəqiqə saxlayın, süzün.

Ananas və qarğıdalının suyunu süzün.

Toyuq əti, yumurta, soğan, ananas və qarğıdalını qarışdırıb mayonez vurun. Zövqə görə əzilmiş sarımsaq əlavə edin.







Salat qabına yığın. Üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin.







Yumurta ağından kəsdiyiniz "ləçəkləri" çiçək formasında yanaşı düzün, budaqları isə marinə edilmiş xiyardan düzəldə bilərsiniz. Fırçanı çuğundur şirəsinə batıraraq "ləçəkləri" boyayın.







Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!