Tay salatı resepti

Tay salatı resepti
Salatlar
10.09.2017 13
Tərkibi:

300 q can əti

500 q göy maş lobyası

kərə və bitki yağı (qızartmaq üçün)

1 dəstə keşniş

0,5 baş soğan

Marinad

5-6 x.q. soya sousu

3 ç.q. düyü (və ya balzamik) sirkəsi

1 ç.q. bal

2 x.q. bitki yağı

çili istiotu (təzə və ya qurudulmuş)



Hazırlanması:

Can ətini iti odda kərə və bitki yağlarının qarışığında qızardın. Sonra 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. (Ət parçası böyükdürsə, təbii ki, bişmə vaxtı da uzanacaq).



Lobyanı 5 sm uzunluqda doğrayın, qaynayan duzlu suya 0,5 ç.q. soda, arxasınca lobyanı əlavə edərək 7-8 dəqiqə bişirin, suyunu süzün, buzlu suya qoyun, yenə suyunu süzün.



Göstərilən ərzaqdan marinad haırlayın.



Əti doğrayın, qaba yığın, marinad qatıb qarışdırın.



Lobyanı əlavə edib qarışdırın.



Nazik doğranmış soğanla xırda doğranmış keşniş səpin.



Həm hazırlayan kimi, həm də bir neçə saat soyuducuda saxlayandan sonra süfrəyə vermək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!