Qozlu salat resepti

Qozlu salat resepti
Salatlar
10.09.2017 53
Tərkibi:

toyuq əti (filesi) — 150 q,

yumurta — 2 ədəd,

göbələk — 100 q,

soğan -1 ədəd,

pendir — 100 q,

sarımsaq — 2 diş,

qoz ləpəsi — 50 q,

mayonez – zövqə görə,



Hazırlanması:

Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın.

Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın. Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.

Sonra bunları soyudun.

Toyuq ətini qaynadın. Sonra bu toyuq ətini soyudun və xırda – xırda doğrayın.

Yumurtanı qaynadın və sürtgəcdən keçirin.

Sarımsağı pressdən keçirin.

Pendiri sürtgəcdən keçirin.

Boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın.



Qozlu Salat qat-qat yığın:

1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).

2-ci qat – yumurta (mayonez yaxılır).

3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).

4-cü qat – sarımsaqlı və mayonezli pendir.

5-ci qat – qoz ləpəsi.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!