Badımcan salatı resepti

Badımcan salatı resepti
Salatlar
10.09.2017 7
Tərkibi:

Badımcan: 3 ədəd

Pomidor: 3 ədəd

Bibər: 7 – 8 ədəd

Sarımsaq: 1 böyük baş

Cəfəri

Zeytun yağı

Duz



Hazırlanması:

Salatı
hazırlamaq üçün badımcan, pomidor və bibərlər təmiz yuyulur.
Yuyulduqdan sonra üzərindəki suyun qurumasını və ya süzülüb nəmliyinin
azalmasını gözləmək lazımdır. Bundan sonra pomidor, bibər və badımcan
közlənilir. Közləmə zamanı xüsusi ilə badımcanın iç hissələrinin
bişməsinə diqqət yetirmək lazımdır. Ev şəraitində qaz sobası üzərində
közləmə ediləcəksə, badımcan və pomidorları çox iri götürməmək lazımdır.
Belə olmadığı təqdirdə, pomidor və xüsusi ilə də badımcanların iç
hissələrinin yaxşı bişməməsi problemi ilə üzləşərik.

Pomidor,
bibər və badımcan yaxşıca közləndikdən sonra qabıqları təmizlənir.
Qabığı təmizlənən bibər, badımcan və pomidorlar bundan sonra kiçik –
kiçik doğranılır.

Səbzələri
doğrayıb qurtardıqdan sonra sarımsağı dişlərə ayırırıq. Onların da
qabıqlarını soyuruq. Qabıqları soyulan sarımsaqları həvəngdəstədə
əzirik.

Səbzələri
közləyərkən, cəfəriləri ayırtlayırıq və təmiz yuyuru. Bundan sonra
közləmə bitənə qədər göyərtinin suyunun süzülməsi üçün gözləyirik və
yaxud da göyərti qurudan aparat vasitəsi ilə cəfərimizi susuzlaşdırırıq.
Bundan sonra cəfəriləri kiçik – kiçik doğrayırıq.

Bunların
hamısı qurtardıqdan sonra doğranmış bibər, pomidor və badımcan
közləməsini, həvəngdəstədə əzdiyimiz sarımsaqları və kiçik – kiçik
doğradığımız cəfəriləri geniş bir qaba boşaldırıq. Burada bütün bunları
yaxşıca qarışdırırıq. Qarışığımızın üzərinə zövqə görə duz əlavə edirik.
Bundan sonra duzladığımız badımcan salatı üzərinə birəz da zeytun yağı
gəzdiririk.

Zeytun yağı vurduqdan sonra salatımız servisə hazırdır. Soyuq olaraq süfrəyə veririk.

Badımcan
salatı xüsusi ilə yay aylarında ziyafət süfrələrini bəzəmək üçün
rahatlıqla istifadə edilə bilən, insan sağlamlığı cəhətindən xeyirli və
vitaminli bir qidadır.



Qeyd:

Badımcan
salatı insan orqanizmi üçün çox xeyirli olmaqla yanaşı, hazırlanması da
çox asanddır. Salatın daha da ləzzətli olması üçün səbzələri
közləyərkən manqaldan istifadə etmək məqsədəuyğundur. Ancaq. manqal
olmadıqda da közləmək üçün ev şəraitində qazdan istifadə etmək olar.



Qeyd:

Salata
vurulan zeytun yağı, həm ləzzətini artırır, həm də salatın tərkibindəki
mineral və vitaminlərin insan bədəni tərəfindən mənimsənilməsini
asanlaşdırır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!