Bakı vineqredi resepti

Bakı vineqredi resepti
Salatlar
10.09.2017 10
Tərkibi:

Kartof 600 qr

Çuğunduru 20 qr və ya 4 ədəd

Kök 2 ədəd

Xiyar turşusu 200 qr

Baş soğan 2 ədəd və ya göy soğan 200 qr

Kələm turşusu 200 qr

Qırmızı lobya 200 qr

Cəfəri 40 qr

Bitki yağı 4,5 xörək qaşığı

Duz

İstiot



Hazırlanması:

Bakı vineqredi hazırlamaq üçün kartof, çuğundur, yerkökü bişirilir.



Bişirildikdən sonra kartof, çuğundur, yerkökü kub şəklində doğranılır. Xiyar turşusu da kub şəklində doğranılır.



Vineqredin xammalları: kartof, çuğundur, yerkökü, xiyar turşusu bir birinə qarışdırılır.



Bakı vineqredinə vurulacaq göyərti və soğan da kiçik-kiçik doğranılır.



Kələm turşusunun suyu sıxılıb susuzlaşdırılır. Kələm turşusu da kiçik – kiçik doğranır.



Qırmızı lobya əvvəlcədən isladılır. Sonra qırmızı lobya suda bişirilir.



Məhsullar
doğranılıb qurtardıqdan sonra kartof, çuğundur, yerkökü, xiyar turşusu,
doğranılmış göyərti, soğan, kələm turşusu, qırmızı lobya bir – birinə
qarışdırılır.



Bundan sonra Bakı vineqredinə duz və istiot vurulur.



Duz və istiot vurulan Bakı vineqredinə bitki yağı da əlavə edilir, sonra yenidən qarışdırılır.



Yağ da qarışdırıldıqdan sonra Bakı vineqredini süfrəyə vermək üçün boşqaba çəkilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!