Çeçil pendirli qarışıq salat resepti

Çeçil pendirli qarışıq salat resepti
Salatlar
10.09.2017 17
Tərkibi:

5-6 ədəd reyhan

5-6 ədəd fəsləyən

5-6 ədəd şüyüd

5-6 yarpaq roka (olmasa tərə)

5-6 yarpaq ispanaq

5-6 yarpaq kahı

10-12 ədəd semizotu

10-12 ədəd cəfəri

2 ədəd pomidor

2 ədəd xiyar

1 ədəd dolmalıq qırmızı bibər

50 qram çeçil pendir

1 ədəd limon

duz

sumaq

1 qaşıq narşərab

zeytun yağı



Hazırlanması:

1. Zeytun yağı, limon suyu, duz, sumaq və narşərab bir şüşə bankaya qoyulur. Duz əriyib qarışana qədər qarışdırılır.

2. Dolmalıq bibər közlənir, qabığı soyulur. Bundan sonra incə – incə doğranır.

3. Çeçil pendir liflərə ayrılır.

4. Göyərtilərin hamısı əvvəlcə təmiz yuyulur, sonra kiçik – kiçik doğranılır.

5. Pomidor və xiyar yuyulur və dilimlənir.

6. Bütün məhsullar qarışdırılır və servis edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!