Mimoza salatı resepti

Mimoza salatı resepti
Salatlar
10.09.2017 16
Tərkibi:

5 ədəd orta boy kök,

5 ədəd orta boy kartof,

5 ədəd yumurta sarısı,

4-5 dənə toyuq budu (balıq, yaxud ət),

250 q mayonez,

250 q smetan,

Bir parça holland pendiri,



Hazırlanması:

Kartofların qabıqlarını soyub iri-iri doğrayın.

Qazana qoyub üzərinə isti su əlavə edib 10-15 dəqiqə bişirin.

Bir süzgəcin içinə qoyub süzün.

Kökü iri –iri rəndələyərək üzərinə isti su əlavə edərək kartof kimi bişirib süzün.

Toyuğu da bişirin.

Əvvəlcə didin, sonra robortdan keçirdin.

Yumurtanı bişirib soyun.

Sarılarını çəngəllə möhkəm əzin.

Smetanla mayonezi möhkəm qarışdırın.

Salatı hazırlayacağımız qabın alt qisminə əzilmiş kartof yayın.

Duz və istiot səpilib üzərindən möhkəm basın.

Mayonezli smetanı sürtün.

Əzilmiş toyuğu yayın.

Mayonez sürtün.

Yumurta yayın.

Mayonez sürtün.

Kök yayın.

Mayonez sürtün.

Ən üztə mayonez sürtüb üzərini qapadın.

Bir gecə soyuducuda saxlayın.

Servis etməzdən əvvəl holland pendirini rəndənin incə gözündən rəndələyib üzərinə gəzdirin.

Pendiri üzərinə yapışdırmayın havalı bir şəkildə qalsın.

Kartof soyulan alətlə holland pendirinin kənarından soyun.

3-4 barmaq enində kəsərək qıvırıb içinə kök kəsib yerləşdirin.

Cəfəri saplarından sap hazırlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!