Ədviyyatlı zeytun yağı resepti

Ədviyyatlı zeytun yağı resepti
Salatlar
10.09.2017 21
Tərkibi:

1 stəkan sızma zeytun yağı

10-12 ədəd qoz ləpəsi

10-12 ədəd çöl mersini (черника)

10-12 ədəd kişmiş

3-4 ədəd quru pomidor dilimi

1 diş sarımsaq

1 xörək qaşığı kəkotu

8-10 ədəd əzilməmiş qara istiot



Hazırlanması:

Quru pomidorları ilıq suya qoyun və bu ilıq suda quru pomidorları gözlədin.

Qoz
ləpəsini, çöl mersinini, kişmişi, sarımsağı, kəkotunu, əzilməmiş
qaraistiotu çox kiçik hissələrə doğrayın. Doğradığımız materialları
qapaqlı bir şüşə qaba yığırıq.

Bundan
sonra pomidor quruunu da sudan çıxardıb dilimləyirik və bunu da
xammallarımız olan şüşə qaba əlavə edirik. Bundan sonra eytun yağını da
şüşə qaba əlavə edirik.

Şüşə qabın qapağını möhkəmcv bağlayırıq.

Hazırladığımız qarışığı 24 saat gözlədirik. Bundan sonra süfrəyə vermək olar.



Qeyd:

ədviyyatlı
zeytun yağı xüsusi ilə səhər yeməklərində istifadə etmək olar. Bununla
yanaşı salatlara sos kimi də istifadə etmək mümkündür.

ədviyyatlı zeytun yağını uzun müddət saxlasanız, kiflənə bilər. Ona görə də çox gözlətmək məsləhət deyil.

Kəkotu yerinə fəsləyən, quru tərxun da istifadə etmək mümkündür. Və ya bu quru göyərtiləri birlikdə də istifadə etmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!