Çox acı sos resepti

Çox acı sos resepti
Salatlar
10.09.2017 15
Tərkibi:

2 kq. pomidor,

Yarım kq acı bibər,

4 iri diş sarımsaq, (Miqdarı artırmayın, gözlədikcə dadı ağırlaşa bilər ),

1 çay stəkanı zeytun yağı,

1 yemək qaşığı dolusu duz,

1 yemək qaşığı şəkər,



Hazırlanması:

Acı bibərlərin saplarını çıxardıb robotdan keçirin. (Çəkirdəkləri çıxmayacaq)

1 çay stəkanı zeytun yağını qazana alın. Çəkilmiş acı bibərləri içinə əlavə edin.

Azca yumuşalana qədər bibərləri bişirin.(qızartmayın)

Pomidorları və sarımsaqları robotda çəkin və bibərlərə əlavə edin.

Duz və şəkəri də qatıb qarıştırın.

Pomidorlar suyunu çəkənə qədər ara -sıra qarışdıraraq bişirin.

Qaynamaya davam edərkən kiçik boy bankalara doldurub ağzını bərk bağlayın.

Bankaları düz bir yerdə tərs çevirin.

Üzərini bir dəsmal ilə örtün.

Soyuyana qədər o şəkildə gözləyin.

Not:

Bu sosu mümkün olduğu qədər kiçik bankalara qoyun.

Açıldıqdan sonra, ən geç 3-4 gün içində istifadə edilməlidir.

Əğər
çəyirdəklərinin görüntüsü sizi rahatsız edrsə, sos bişdikdən sonra bir
süzgəçdən keçirdərək çəkirdəklərini ayıra bilərsiniz.

Süzgəcdən keçirdiktən sonra yenidən qaynamağa qoyun.

Qaynar halda bankalara doldurun.

Bu sosu; makaron sosu olaraq, pizza yeüməyi üçün ketçub kimi istifadə edə bilərsiniz.

Hətda çörək üzərinə də yaxıb yeyə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!