Pomidor sosu resepti

Pomidor sosu resepti
Salatlar
10.09.2017 12
Tərkibi:

5 kq pomidor,

3 ədət qırmızı soğan,

5 ədət kök,

2-3 ədət kərəviz ,

1 sustəkanı zeytun yağı,

Duz,

10 dənə istiot,

Təzə fəsləyən (1/2 dəstə),

Təzə kəklik otu, (1/2 dəstə),

1 baş sarımsaq,

5 ədət mixək,



Hazırlanması:

Pomidorları böyük parçalar halında kəsib geniş bir qaba qoyun.

Soğan, kərəviz və kökü kiçik küplər halinda doğrayın.

Böyük bir qazanın içinə qoyub zeytun yağı ilə qarışdırın.

Sarımsaq və mixəyi də əlavə edib 5 dəqiqə orta atəşdə bişirin.

Təzə fəsləyəni, təzə kklik otu, istiot və duzu da əlavə edin.

Pomidorları əlave edib bir saata yaxın bişirin.

Bişdikdən sonra yarım saat soyumağa qoyun.

Əğər yeməktə tərəvəzlərin ağzınıza gəlməsini istəmirsinızsə blendirdən keçirdin.

Sterilizə edilmiş şüşə bankalara pomidor püresini doldurub qapağını möhkəm bağlayın.

Püf nöqtəsi:

Saxlayacağınız qıdaların kiflənib pozulmaması və zərərlı bakteriyaların olmaması üçün şüşə bankalar sterilizə edilməlidir.

Şüşə bankalar necə strelizə edilir?

Şüşə bankaları və kapaqlarını yuyucu toz və isti su ilə yuyub durulayın.

Daha sonra bu kapaqları və bankaları böyük bir qazana yerləşdirin.

Qazanı bankaların hər tərəfi suda qalacak ölçüdə soyuq su ilə doldurun.

Qazanın qapağını örtüb orta atəşdə qaynadın.

Su qaynamaya başladıkdan sonra yarım saat qaynayan suda saxlayın.

Daha sonra əl deymədən qızartma maşası ilə bankaları və qapaqlarını qazandan çıxardın.

Kağız dəsmala və ya quru təmiz bir bez üzərinə tərs çevirərək soyuyub quruyana qədər gözləyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!