Acılı əzmə resepti

Acılı əzmə resepti
Salatlar
10.09.2017 6
Tərkibi:

2 ədəd böyük ölçülü pomidor

0,5 dəstə yaşıl soğan

0,5 dəstə cəfəri

0,5 yemək qaşığı bibər tomatı (püresi)

4 diş sarımsaq

2 ədəd bibər

1 çay qaşığı quru nanə

Zövqə görə duz

1 çay qaşığı pul bibər

0,5 ədəd limonun suyu və ya narşərab

Yetəri qədər zeytun yağı



Hazırlanması:

Acılı
əzmə hazırlamaq üçün əvvəlcə pomidor, bibər, soğan və cəfəri yuyulur,
suyunun süzülüb quruması üçün biraz gözlənilir. Sarımsaqlar qabıqlardan
təmizlənir.

Bunlar hazır olduqdan sonra pomidorlar, yaşıl bibərlər, təzə soğan və cəfəri incə – incə doğranılır.

Bibər tomatı, duz, quru nanə, qırmızı pul bibər yaxşıca qarışdırılır.

Qabıqları
təmizlənən sarımsaqlar ya həvəngdəstə köməyi ilə əzilir və yaxud da
rəndədən keçirdilir. Bu əzilmiş sarımsaq kütləsi də tomat qarışığına
əlavə edilir və hamısı birlikdə yenə də qarışdırılır. Hazırladığımız
qarışığın üzərinə sıxdığımız yarım limonun suyunu və ya narşərab əlavə
edilir.

Bundan sonra doğranmış pomidor, yaşıl bibər, yaşıl soğan və cəfərini də buraya əlavə edirik. Bunları da qarışdırırıq.

Acılı əzmə qarışığına bütün məhsulları qarışdırdıqdan sonra ən sonda zeytun yağı əlavə edirik.

Süfrədə yeməklərin yanında soyuq halda verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!