Aralıq dənizi salatı resepti

Aralıq dənizi salatı resepti
Salatlar
10.09.2017 18
Tərkibi:

1/2 dəstə kahı

8-10 yarpaq reyhan

5-6 təzənanə budağı

5-6 sap roka və ya tərə

100 qram pendir

1 ədəd pomidor

4 ədəd göy soğan

1 ədəd xiyar

5-6 sap cəfəri

1 ədəd yaşıl bibər

istənirsə bişmiş qarğıdalı

duz



Sos üçün:

3 qaşıq zeytun yağı

1 qaşıq narşərab

1 qaşıq limon suyu

sumaq

nanə



Hazırlanması:

Aralıq dənizisalatı hazırlamaq üçün salatlıq məhsulları yuyun və suyunun quruması üçün süzgəcə qoyun.

Xiyarları zoğ şəklində soyun, pomidorlarla birlikdə doğrayın

Soğanları və bibəri incə-incə doğrayın. Suyu süzülən kahını və digər göyərtiləri biraz iri formada doğrayın.

Bütün məhsulları salat qabına alın və qarışdırın. Pendiri kub şəklində doğrayın və salatınızı bəzəyin

Zeytunyağı, narşərab, limon suyu, sumaq və nanəni birkiçik kasada qarışdırın.

Sos ilə birlikdə servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!