Bibərli qabaq salatı resepti

Bibərli qabaq salatı resepti
Salatlar
10.09.2017 10
Tərkibi:

3 kq qabaq,

4 şirin bibər,

1 acı istiot,

3 baş soğan,



Sosu üçün:

1 st. bitki yağı,

0,5 st. şəkər tozu,

2 x.q. duz,

0,5 l qatı tomat pastası,

1 st. Su,

0,5 st. 9%-li sirkə,



Hazırlanması:

Qabağı təmizləyin, soyun, dənələrini çıxarın. Sürtgəcdən, yaxud kombayndan keçirin.

Bibəri və acı istiotu yuyun, toxumlarını çıxarıb iri doğrayın.

Acı istiotla işləyərkən, yaxşı olar ki, əlcəkdən istifadə edəsiniz.

Blenderdə, yaxud ət maşınında xırdalayın.

salatı bişirəcəyiniz qazana tomat pastası, su, bitki yağı, duz, şəkər tozu və xırdaladığınız bibərlə istiotu tökün.

Qaynadın.

Qabaq "dillərini” marinadın içinə tökün, səliqə ilə qarışdırın.

Sos qabağın üstünü tam örtməlidir.

Qabaqların qabariti sizi qorxutmasın, bişdikcə büzüşüb enəcək.

Salatı vam odda 40 dəqiqə bişirin.

Aradabir qarışdırın.

Bişməyinə 5 dəqiqə qalmış içinə xırdalanmış sarımsaq tökün.

Bişib qurtarandan sonra içinə sirkə töküb qarışdırın.

(Diqqət yetirin: sarımsaqla sirkə isti emala çox məruz qalmamalıdır, ona görə də onları sonda əlavə edin).

Hazır salatdakı qabaqlar şəffaf olmalıdır. Bankaları hazırlayın.

Onların
sterilizasiyası üçün ən asan üsul belədir: yuyulub silinmiş bankaları
mikrodalğalı sobaya qoyun, maksimal gücdə 2 dəqiqə saxlayın.

Sterilizə edilmiş bankalar qaynar və quru olacaq.

Bankaların ağzına qoyacağınız qapaqları bir neçə dəqiqə qaynadın. "Qabaq dili”ni bankalara yığın, qapaqlarını qoyub bağlayın.

Soyuq yerdə saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!