Kahı salatı resepti - FOTO RESEPT

Kahı salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 11
Tərkibi:

3 ədəd orta ölçüdə kartof

5 ədəd orta ölçüdə kök

2 ədəd yumurta

2 dəstə kahı

2 ədəd xiyar

1 dəstə keşniş

1 dəstə şüyüd

200 qr xama

200 qr mayonez

duz



Hazırlanması:

Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülüb qazanda qaynadılır.



Tam bişəndə qazdan gotürülür, suyu süzülür, soyudulur.



Kahının baş hissəsi kəsilir, yarpaqları yaxşı yuyulub qurudulur.



Kartof, kök, yumurta soyuduqdan sonra qabığı soyulur, xırda kub şəklindı doğranılır qaba tökülür.



Kahı, xiyar kub şəklində doğranılır qaba tökülür.



Göyərtilər yaxşı yuyulur, xırda doğranılır qaba tökülür.



Tərəvəzlərin üzərinə zövqə görə duz vurulub qarışdırılır.



Başqa bir qabda xama ilə mayonez qarışdırılır.



Tərəvəzlərə xama-mayonez qarışığı əlavə olunub qarışdırılır.





















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!