Mövsümi tərəvəzlərdən yüngül salat resepti - FOTO RESEPT

Mövsümi tərəvəzlərdən yüngül salat resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 9
Tərkibi:

150 qr kahı

70 qr turp

80 qr xiyar

80 qr xırda pomidorlar (çerri)

50 qr + 50 qr bolqar bibəri (qırmızı və sarı)

40 qr qırmızı soğan

duz zövqə görə

istiot zövqə görə

30 ml kətan yağı

20 qr xardal

10 ml limon şirəsi



Hazırlanması:

1. Bütün tərəvəzlər yuyulub, qurudulur. Kahı hissələrə didilir.

2. Turp yumru hissələrə doğranılır.

3. Bibərlər tumlarından təmizlənərək ücbucaq formasında doğranılır.

4. Soğan təmizlənir və xırda saman formasında doğranılır.

5. Pomidorlar yarı doğranılır.

6. Xiyarlar yumru şəkildə doğranılır.

7.
Sousun hazırlanmsı: dərin qaba limon şirəsini töküb və daima
qarışdırılaraq üzərinə kətan yağ əlavə edilir. Sonda zövqə görə duz və
istiot əlavə edilir.

8. Sonra bütün tərəvəzləri bir dərin qaba tökərək, onların üzərinə sous əlavə edilir və qarışdırılır.

9. Və nəhayət, alınan salatı boşqaba tökərək dada bilərsiniz.





































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!