Pendirli ispanaq salatı

Pendirli ispanaq salatı
Salatlar
10.09.2017 52
Ərzaqlar
4 porsiya üçün nəzərdə tutulub
200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu
1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot

İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın.
Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar.
Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!