Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 17
Tərkibi:

5 ədəd toyuq yumurtası

2 ədəd toyuq budu

700 qr təzə şampinyon göbələyi və ya 1 banka konserv. göbələk

1 ədəd kök

1 ədəd baş soğan

500-700 qr pomidor

zövqə görə mayonez (və ya sarımsaq sousu)

zövqə görə duz

zövqə görə göyərti

1 ədəd ağ turp (bəzək üçün)



Hazırlanması:

1.
Şəkildə bəzəkli və ilk baxışdan qəliz görsənsədə əslində bu salatın
hazırlanması çox sadədir. Vitaminlərlə zəngin olan bu salat bayram
günlərində sizin süfrənizi bəzəyər.



2.
Soğan təmizlənib xırda doğranılır. Kök təmizlənib iri gözlü sürtkəcdən
keçirilir. Soğan köklə birgə qızardılır. Əgər siz salatın
hazırlanmasında təzə göbələkdən istifadə edirsinizsə, o zaman göbələklər
xırda kubiklər şəklində doğranılaraq soğan və köklə birgə qızardılır.



3. Toyuğun bud əti sümükdən təmizlənərək doğranılır.



4. Toyuq ətinin yanına qızardılmış kök və soğan əlavə edilir.



5. Kubik formasında doğranmış yumurta əlavə edilir.



6. Əgər təzə göbələk əvəzinə siz turşu göbələkdən istifadə edirsinizsə, o zaman onlari bu etapda doğrayıb əlavə edə bilərsiniz.



7.
Salat duzlanir, zövqə görə istiot əlavə edilir, mayonez vurulur və
qarışdırılır. Sonra boşqaba qoyularaq ürək forması verilir.



8.
Pomidorlar yuyulur və qabıqları spiral formasında iti bıçaqla soyulur.
Sonra qabıq geri yığılaraq qızıl gül formasında burulur. Bu üsulla
lazımı qədər gül düzəldilib salatın üzərinə düzülür. Göyərti ilə
bəzədilir.



9. Turp təmizlənir və nazık lay ilə gül formasında doğranılır. Ortaları bolqar bibərinin tumları ilə bəzədilir.



10. Dadlı və bəzəkli salat hazırdır!







































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!