Qozlu çuğundur salatı resepti - FOTO RESEPT

Qozlu çuğundur salatı resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 34
Tərkibi:

2 ədəd bişmiş çuğundur

2 diş sarımsaq

50-100 qr qoz ləpəsi

mayonez

duz

istiot



Hazırlanması:

Hazırlanma vaxtı reseptin əvvəlində 20 dəqiqə göstərilsədə, çuğunduru bişirmək ən azı 1 saat vaxtınızı apara bilər.



1. Məhsullar hazırlanır.

2.
Salatın dadlı alınmasının ilk səbəbkarı çuğundurdu, bunun üçün çalışın
mümkün qədər təzə çuğundur alasınız. Bişmiş, qabığı soyulmuş və
soyudulmuş çuğundur sürtkəcdən keçirilir, sarımsaqlar xırda doğranılır,
qoz ləpələri blender vasitəsi ilə (və ya sürtkəcdən keçirməklə)
xırdalanır.

3. Çuğundura doğranmış sarımsaq əlavə edilir, duz və istiot vurulur.

4. Ardınca qoz ləpələri əlavə edilir.

5. Hamısı yaxşı qarışdırılır. Sonra mayonez əlavə edilir.

6. Və yenidən yaxşı qarışdırılır.

7. Artıq salat qabına yerləşdirmək olar.

8. Süfrəyə verilərkən göyərti ilə bəzədilə bilər, misal üçün reyhan yarpaqları ilə.



































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!