Göbələkli salat resepti - FOTO RESEPT

Göbələkli salat resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 21
Tərkibi:

280 qr turşuya qoyulmuş göbələk

1 ədəd duzlu xiyar

1 ədəd kök

1 ədəd baş soğan

1 ədəd xiyar

1 ədəd qırmızı bibər

1 ədəd sarı bibər

zövqə görə cəfəri

yarım ədəd limon şirəsi

zövqə görə zeytun yağı

zövqə görə duz



Hazırlanması:

1. Lazım olan inqredientlər hazırlanır.

2. Göbələklər doğranılır.

3. Kök yuyulub qaynadılır, yarıbişmiş halda uzunsov şəkildə doğranılır.

4. Xiyar yuyulur, qabığı soyulur və kök kimi uzunsov formada doğranılır.

5. Ardınca duzlu xiyarlar nazik və uzun şəkildə doğranılır.

6. Sarı bibər həmçinin nazik uzunsov şəkildə doğranılır.

7. Eyni qaydada qırmızı bibər doğranılır.

8. Cəfəri yarpaqları xırda doğranılır.

9. Soğan nazik və halqavari şəkildə, çox xırda olmadan doğranılır. Üzərinə duz səpilərək suyu sıxılıb atılır.

10. Doğranmış məhsullar dərin qaba yerləşdirilir.

11. Üzərinə yarı kəsimiş limon şirəsi səpilir.

12. Ardınca bir qədər (zövqə görə) zeytun yağı əlavə edilir.

13. Zövqə görə biraz duz əlavə edilərək hamısı yaxşı qarışdırılır.

14. Nəhayət rəngarəng və çox dadlı göbələkli salat hazırdır!

15. Bu salat düyü və makaron yeməkləri ilə qarnir kimi istifadə edilə bilər.

































































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!