Göbələkli yay salatı resepti

Göbələkli yay salatı resepti
Salatlar
10.09.2017 16
Tərkibi:

1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)

1 ədəd orta boy yerkökü

1 ədəd kiçik qırmızı Bolqar bibəri

1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri

1 ədəd kiçik yaşıl Bolqar bibəri

1 ədəd orta boy turşu-xiyar

1 ədəd orta boy təzə xiyar

zövqə görə şüyüd

1 ədəd orta boy baş soğan

3-4 x. qaşığı limon suyu

3-4 x.qaşığı zeytun yağı

duz

istiot



Hazırlanması:

1. Göbələkləri ortadan iki yerə kəsin.

2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.

3. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.

4.
Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə
bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə
suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su
töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).

5.
Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə
edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət
soyuducuda saxladıqdan sonra süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!