Rəngli bolqar bibəri salatı resepti

Rəngli bolqar bibəri salatı resepti
Salatlar
10.09.2017 12
Tərkibi:

2 ədəd iri qırmızı Bolqar bibəri

2 ədəd iri sarı Bolqal bibəri

2 ədəd portağal rəngli Bolqar bibəri

xırda doğrançəş cəfəri (zövqə görə nanə də əlavə edə bilərsiniz)

2-3 diş əzilmiş sarımsaq

təxminən yarım limonun suyu

zeytun yağı

duz

istiot



Hazırlanması:

1.
Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya
manqalda, ya da sobada bişirin – Qabığı bir az qaralanda və bibərlər
azacıq yumuşalanda bibərlər hazırdır. Diqqət! Bibərləri çox bişirməyin,
yoxsa xəşilə dönər. Bİbərlər bir az bişməli, amma eyni zamanda da diri
qalmalıdırlar.

2.
Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın.
Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir qaba
qoyun. Üstünə doğranmış cəfəri (və ya cəfəri və nanə qarışığı), əzilmiş
sarımsaq, limon suyu və zeytun yağı, duz, istiot əlavə edib
qarışdırın. Soyuducuda bir qədər soyutduqdan sonra süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!