Tərəvəzli buğda salatı resepti

Tərəvəzli buğda salatı resepti
Salatlar
10.09.2017 40
Tərkibi:

2 stəkan buğda

4 ədəd orta badımcan

1 ədəd kabaçok (zəruri deyil)

1 ədəd qırmızı Bolqar bibəri – toxumunu çıxardın

1 ədəd sarı və ya turuncu Bolqar bibəri – toxumunu çıxardın

zövqə görə zeytun yağı

1 ədəd limonun suyu

1 xörək qaşığı və yaxud zövqə görə narşərab (zəruri deyil)

xırda doğranmış cəfəri

xırda doğranmış şüyüd

xırda doğranmış nanə

xırda doğranmış təzə soğan – ağ və yaşıl yerləri

duz

istiot



Hazırlanması:

Buğdanı
gecədən suya qoya bilərsiniz ki, sabahı gün daha tez bişşin. Bu zəruri
deyil, amma belə etdiyinizdə vaxtınıza qənaət etmiş olarsınız. Buğdanı
qazana su doldurub yumuşalanadək bişirin. Buğdadan asılı olara bu, 1
saatdan 2, hətta 3 saata qədər çəkə bilər. Süzün və üstündən soyuq su
gəzdirib suyunu yaxşıca süzdürün. İri qaba qoyun.

Buğda
bişərkən, tərəvəzləri də bişirin. Bunun üçün onları xırda kubiklərə
doğrayın. Listə qoyun, duz istiot və 2 xörək qaşığı zeytun yağı əlavə
edib, əlinizlə qarışdırıb lay kimi yayın.

Sobanı
200Cdək istidin. Listi sobanın orta yerinə qoyub, tərəzəvləri hər
tərəfi qızaranadək bişirin, təxminən 30 dəqiqə. Bu müddər ərzində listi
bir və ya iki dəfə çıxardıb, tərəvəzləri qarışdırın ki, hər tərəfi eyni
bişsin. Tərəvəzləri kənara qoyun.

Qabdakı
buğdaya zövqə görə duz, istiot, zeytun yağı, limon suyu, və narşərab
əlavə edib, qarışdırın. Üstünə tərəvəzləri və göyərtini əlavə edib yenə
qarışdırın. Çox bərk qarışdırımayın ki, tərəvəzər əzilməsin.

Hazır salatı otaq hərarətində və ya bir qədər soyumuş vəziyyətdə süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!