Kərəvizli toyuq salatı resepti

Kərəvizli toyuq salatı resepti
Salatlar
10.09.2017 24
Tərkibi:

2 ədəd toyuq döş əti – az duz atılmış suda bişirib, əlinizlə didin

3 ədəd kərəviz sapı – xırda-xırda doğrayın

3 ədəd təzə xiyar – soyub, xırda-xırda doğrayın

Yarım stəkan xırda-xırda doğranmış qoz ləpəsi

Təxminən 2 stəkan qatıq

3 xörək qaşığı və ya zövqə görə mayonez

Zövqə görə duz

Zövqə görə istiot

Xırda-xırda doğranmış şüyüd



Hazırlanması:

Ərzaqları
bir qabda qarışdırın. Salatı süfrəyə verməzdən əvvəl soyudun. Sonda isə
qaba yığıb üstünə şüyüd səpin. Qatıq və mayonezin miqdarını istəyə görə
azaldın və ya çoxaldın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!