Maskarpone pendiri (mascarpone) resepti

Maskarpone pendiri (mascarpone) resepti
Salatlar
10.09.2017 16
Tərkibi:

500 ml (2 stəkan) 36 %-lik pasterizə edilmiş süd qaymağı

1 xörək qaşığı limon suyu



Hazırlanması:

Enli
qazana 3 santimetrə qədər su töküb qaynadın. Sonra qazı azaldın ki, su
yavaşca qaynasın. Qaymağı oda dayanıqlı kasaya töküb, bu kasanı qazanın
içinə oturdun (suyun içinə). Tez-tez qarışdıra-qarışdıra, qoyun krem
88C-dək istinsin. Bunu xüsusi mətbəx termometri vasitəsilə ölçə
bilərsiniz. Mətbəx termometrəniz yoxdursa, əgər qaymağın üstünə köpüklər
çıxmaq istəyirsə, deməli qaymaq yetərli dərəcədə istinib. Bu proses
hardasa 15 dəqiqə çəkəcək.

Sonra
qaymağa limon suyunu əlavə edin, və kütlə qatılaşanadək (bir qədər
çürüyən kimi olacaq, amma kəsmikdə olduğu kimi çürüməyəcək) dəyanmadan
qarışdırın. Kasanı sudan kənara çəkib 20 dəqiqə ərzində soyudun.

Sonra
isə xırda deşikli süzgəcə (ələk kimi) 4 qat nəm tənzif (marlya) sərin.
Bişmiş və soyumuş qaymağı tənzifə tökün. Süzgəc qalsın altında. Tənzifi
qatlamayın, qaymağı qarışdırmayın. Qaymaq tamamilə soyuduqdan sonra
üstünü mətbəx sellofanı ilə örtün və elə süzgəcdəcə soyuducuya qoyun.
Qaymaq soyuducuda ən azı 8 saat qalmalıdır ki, bərkisin. Onu axsamdan
hazırlayıb səhərə kimi soyuducuda saxlasanız, vaxtınıza qənaət etmiş
olarsınız. Qaymaq bərk krem-pendir halına gələcək. Maskarpone pendiri
soyuduca 3-4 gün qala bilər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!