Allemand sousu resepti - FOTO RESEPT

Allemand sousu resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 6
Tərkibi:

300 qr velüte sousu

70 ml yağlı qaymaq

1 ədəd yumurta sarısı

1 x/q limon şirəsi

zövqə görə duz və istiot



Hazırlanması:

Saytımızın
souslar bölməsində müxtəlif növ sous reseptləri yazmağa davam edirik.
Bugünkü resept fransa mətbəxinin daha bir məşur souslarından biri olan
Allemand haqqındadır. Həmçinin souslar təsnifatı haqqında da oxuya
bilərsiniz.



1. İnqredientlər.

2.
Velüte sousu az odda qızdırılır. Qaymaq və yumurta sarısı boşqabda
çalınır. Velütenin 1/3 hissəsi nazik şırnaqla, daima qarışdıraraq,
qaymağın üzərinə əlavə edilir.

3. Alınmış məhlul qalan velütenin üzərinə əlavə edilərək qarışdırılır.

4. Sous az odda qızdırılır, lakin qaynatmaq olmaz.

5. Sousa limon şirəsi, duz və istout əlavə edilir. Qarışdırılıb oddan götürülür.

6. Allemanda sousu hazırdır! Bu cür incə, krem kimi sous istənilən isti ət yeməyi ilə sizin süfrələrinizi bəzəyər.

























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!