Sadə tomat sousu resepti - FOTO RESEPT

Sadə tomat sousu resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 4
Tərkibi:

7-8 ədəd orta ölçüdə pomidor

1 banka koservləşdirilmiş təmizlənmiş və doğranmış pomidor

1 ədəd baş soğan

3-4 diş sarımsaq

3 budaq rozmarin

3 budaq kəklikotu

1 ədəd dəfnə yarpağı

1 x/q zeytun yağı

zövqə görə duz və istiot



Hazırlanması:

Bu ətirli və təzə sous bir çox ətli və ya xəmirli xörəklərnən birgə süfrənizi bəzəyə bilər.



1. İnqredientlər.

2. Pomidorlar yuyulur və qabığı rahat soyulması üçün üz hissəsində xaç şəklində kəsiklər edilir.

3. Sonra pomidorlar bir neçə dəqiqə qaynar suda saxlanılır.

4. Bu arada soğan və sarımsaq xırda doğranılır.

5. Qaynar su süzülür və pomidorların qabığı çıxarılır.

6. Qabığı çox rahat soyulmalıdır.

7 Pomidorlar blenderə yerləşdirilir.

8. Təqribi bir litr əzilmiş pomidor alınır.

9. Qazanda, az odda bir xorək qaşığı zeytun yağı qızdırılır və təqribi bir dəqiqə ərzində sarımsaqlar qızardılır.

10. Soğan əlavə edilir və şəffaf olana qədər qızardılır.

11. Sonra konservləşdirilmiş pomidorlar əlavə edilir və qaynadılır. Hamısı az odda görülür.

12. Qaynadıqda blenderdən çəkilmiş pomidorlar əlavə edilir, dəfnə yarpağı və otlar.

13.
Təqribi bir saat, vaxtaşırı qarışdıraraq bişirilir. Sous bir qədər
qatılaşıb həcmi azalmalıdır. Hazır olmasına az qalmış zövqə görə duz və
istiot əlavə edilir.

14.
Beləliklə sous hazırdır! İstədəyiniz kimi onu istifadə edə bilərsiniz.
Hazır sousu bir neçə gün soyuducuda saxlamaq olar, istifadə edildikdə
isə sadəcə qızdırılmalıdır.

























































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!