Beşamel sousu resepti - FOTO RESEPT

Beşamel sousu resepti - FOTO RESEPT
Salatlar
10.09.2017 3
Tərkibi:

1 ədəd baş soğan

500 ml süd

300 qr un

30 qr əridilmiş kərə yağı

duz

ağ istiot

bir çimdik muskat



Hazırlanması:

1. İnqredientlər hazırlanır.

2. Bir qazan südün içinə doğranmamış baş soğan əlavə edilərək az odda 20 dəqiqə bişirilir.

3.
Digər dərin qazana yağ əlavə edilir, üzərinə un tökülür və tez-tez
qarışdırılaraq məhlul qatı olana qədər bişirilir. Bu məhlul "Ru"
adlanır, bir çox souslarda istifadə edilir və bu haqda souslar
bölməsində biz növbəti dəfə yazacayıq.

4.
Südün içindəki soğan çıxarılır, süd süzgəcdən keçirilib nazik şırnaqla
Ru-nun üzərinə əlavə edilir. Tez-tez qarışdırılır və az odda 30 dəqiqə
bişirilir.

5. Duz və istiot əlavə ediləndən sonra sous nazik süzgəcdən və ya marlyadan keçirilir.

6.
Budur, Beşamel sousu hazırdır! Əgər bu sousun içinə 30 ml isti qaymaq
və bir neçə damcı limon şirəsi əlavə edilsə, o zaman Qaymaqlı sous əldə
edəcəksiniz.

























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!