Pendir sousu resepti

Pendir sousu resepti
Salatlar
10.09.2017 8
Tərkibi:

120-130 q çedder, yaxud parmezan (başqası da olar)

600 ml süd

1 x.q. kərə yağı (40 q)

2 x.q. un (40-50 q)

0,5 ç.q. üyüdülmüş muskat cevizi

duz-istiot - zövqə görə



Hazırlanması:

Qazana
südü töküb ocağın üzərinə qoyun. Yağ əlavə edin, qızanda tez-tez
qarışdıraraq unu əlavə edin. Qaynayanadək qarışdırın ki, lopa qalmasın.

Qaynayan
kimi ocağı çox azaldın, qarışdırmağı isə dayandırmayın. Kütlə
eynicinsli olanadək - təxminən 4-5 dəqiqə - bu tempdə bişirin.

Əvvəlcədən
sürtgəcin xırda gözündən keçirilmiş pendiri, duz-istiot, muskat
cevizini əlavə edin, pendir əriyənədək, təxminən 5 dəqiqə, qarışdıraraq
bişirin.

Pendir sousunu süfrəyə adətən isti-isti verirlər, çünki soyuyanda qatılaşır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!