Zukini qabağı salatı resepti

Zukini qabağı salatı resepti
Salatlar
10.09.2017 12
Tərkibi:

6-7 ədəd sarı və ya açıq yaşıl qabıqlı zukini qabağı (kabaçok)

2 xörək qaşığı un

2 xörək qaşığı zeytun yağı

Təxminən 2 stəkan qatıq

2 diş sarımsaq – təmizləyib, əzin

Zövqə görə duz



Üstü üçün:

Zeytun yağı və şirin bibər tozu və ya narın quru nanə



Hazırlanması:

Sobanı 205°Cdək qızdrın.

Zukinini
soymadan yumru-yumru döğrayın. 2 iri listə qoyun. Hər listə 1 xörək
qaşığı un, bir az duz, və bir 1 xörək qaşığı zeytun yağı əlavə edib,
əlinizlə qarışdırın. Zukiniləri listə bir lay şəklində yayın. Sobada
yumuşalanadək, təxminən 20 dəqiqə bişirin, sonra sobanın qızartma
(BROİL) düyməsini seçib, zukiniləri üstləri qızaranadək bir neçə dəqiqə
bişirin. Sobadan çıxardın.

Zukinilər
listdə soyuduqdan sonra, onları bir qaba boşaldın. Əzilsələr, narahat
olmayın, belə də olmalıdır, çünki bişmiş zukini yumuşaq olur. Üstünə
sarımsaq və qatığı əlavə edib, yavaşca qarışdırın. Soyuducuya qoyun.

Süfrəyə verməzdən əvvəl üstünə bir az zeytun yağı gəzdirib, bibər tozu səpin. Bibər tozunun yerinə, quru nanə də səpmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!