Ağ turp və yerkökü salatı resepti

Ağ turp və yerkökü salatı resepti
Salatlar
10.09.2017 18
Tərkibi:

2 böyük yerkökü – qabığı təmizlənmiş və sürtkəcin iri gözündən keçirilmiş

2 orta boylu ağ turp – qabığı təmizlənmiş, sürtkəcin iri gözündən keçirilmiş

Doğranmış cəfəri

Doğranmış göy soğan (baş və yarpaq hissəsi ilə birgə)

Qara zeytun (üzərini bəzəmək üçün)

Üzərini üçün sous

3-4 xörək qaşığı extra-virgin zeytun yağı (zövqə görə bir qədər artıq və ya az da olar)

Təzə sıxılmış 1 limonun şirəsi

Zövqə görə duz, döyülmüş qara istiot



Hazırlanması:

Birinci üsül:


Sürtkəcdən
keçirilimiş turpu dayaz boşqabın ortasında yerləşdirin. Yerkökünü də
turpun ətrafına əlavə edin. Salatın üzərinə tökəcəyiniz sousun ərzaqları
kiçik bir qabda qarışdırın. Hazırladığınız qarışığı salatın üzərinə
çiləyin. Doğranmış cəfəri və göy soğanı də üzərinə səpin. Sonda qara
zeytunla salatın kənarlarını bəzəyin və süfrəyə verin.



İkinci üsul:

Sürtkəcdən
keçirilmiş tərəvəzləri və digər ərzaqların hamısını bir qabda
qarışdırın. Qabın üzərini bağlayıb ən azı 15 dəqiqə soyuducuda saxlayın.
Sərin halda yaxud otaq tempraturunda süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!