Göyərtili-narlı kartof salatı resepti

Göyərtili-narlı kartof salatı resepti
Salatlar
10.09.2017 11
Tərkibi:

6 orta ölçülü kartof (soymayın)

1 balaca qırmızı soğan, soyulmuş, uzununa kəsilmiş və nazik doğranmış

Xırda doğranmış təzə göyərti (bol-bol)—şüyüd, cəfəri, nanə, yaşıl soğan (həm ağ, həm də yaşıl hissələri)

Təqribən 1/3 stəkan təzə nar dənələri (zövqə görə dəyişdirə bilərsiniz)

1/4 çay qaşığı sumaq

Duz

Üyüdülmüş qara istiot

Qırmızı pul bibər

1/3 stəkan extra-virgin zeytun yağı

1 kiçik limonun suyu



Hazırlanması:

Kartofları
yuyun və suyla doldurulmuş qulplu qazanda yumşalana qədər bişirin.
Suyunu süzüb kənara qoyun. Kifayət qədər soyuyandan sonra kartofları
soyun və orta ölçülü kublar şəklində doğrayın. İri, dərin bir cəmə
yığın.

Ayrıca,
soğanı kiçik bir cəmə qoyun. Üzərinə duz səpin. Bir neçə dəqiqə
saxlayın, sonra acı suyunu çıxarmaq üçün əlinizlə yüngülcə əzin
(beləliklə soğanın dadı yumşalacaq və o salatın içində çox "qabarıq”
hiss olunmayacaq). İndi soğanı kartoflar olan qaba əlavə edin. Üzərinə
zövqə görə təzə göyərti, nar dənələri, sumaq, duz, qara istiot və
qırmızı pul bibər əlavə edin.

Ayrıca
bir qabda zeytun yağı və limon suyunu çalaraq bir-birinə qarışdırın.
Salatın üzərinə tökün. Salatı ehtiyatla qarışdırın ki, nar dənələri
partlamasın. Dərhal, yaxud yüngülcə soyudaraq süfrəyə verə bilərsiniz
(salatlat süfrəyə verilməzdən əvvəl soyuducuda bir neçə saat soyudularsa
dadlar daha da dərinləşir).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!